Ünsiyyət nədir
Ünsiyyət
insan varlığının xüsusi bir halıdır. Digər insanlarla qarşılıqlı əlaqələr və
münasibətlər fonunda özünü göstərir. Ünsiyyət prosesində insanlar informasiya
mübadiləsi edirlər - fikirləri, ideya və emosiyaları ilə münasibət yaradırlar.
Nəticədə insanlar arasında qarşılıqlı əlaqələrin və qarşılıqlı münasibətlərin
müəyyən işlək forması yaranmış olur .İşgüzar ünsiyyətin etikası – bu mənəvi –
etik tələb, norma, prinsip və qaydaların elm, praktika və dünya təcrübəsi əsasında
əldə etmiş nailiyyətlərinin ümumi məcmusudur. Bu qaydalara əməl etmək işgüzar
münasibətlərin subyektləri arasında qarşılıqlı anlaşma və inam təcəssüm
etdirir. Nəticədə ünsiyyətə girən subyektlərin əlaqəsini və birgə fəaliyyətinin
keyfiyyətini yüksəldir.
İşgüzar
münasibətlərin mərkəzində vacib xidməti məsələlərin həlli dayanır.
Axtarışlar
sübut edir ki insanların çoxunun iş fəaliyyətinin 70-85 % - ini ünsiyyət
prosesi təşkil edir. İnsanlar öz işgüzar fəaliyyətinin çox hissəsini digər
insanlarla əlaqədə keçirirlər. Məşhur bankir Rokfeller bu münasibəti daha
obrazlı ifadə etmişdir: ”İnsanlarla ünsiyyətdə olmaq bacarığı da bir növ əmtəədir,
mən bu cür bacarığa dünyada hər şeydən çox qiymət verirəm!! Burdan birbaşa belə
bir nəticə çıxır : İnsanlarla ünsiyyətə girmək bacarığı elə mühüm bir peşə
keyfiyyətidir ki, insan onu öyrənməyə və ömrü boyu təkmilləşdirməyə borcludur.
Bu cəhət daha çox rəhbər işçilər üçün vacibdir. Rəhbər işçinin ünsiyyətə girmək
qabiliyyətindən aşağıdakı amillər asılıdır:
rəhbər
işçilərin məlumatlılıq dərəcəsi;
xidməti
məsələləri həll edərkən onun tabeliyində olan işçilərə münasibətlərinin
effekti;
onun
tabeliyində olan işçilər arasında tərbiyəvi nümunəsi;
başçılıq
etdiyi kollektivin mənəvi –psixoloji durumu;
rəhbər
işçisi kimi özünə mənəvi inamı;
eyni
zamanda tabeliyində olan işçilərə aşıladığı inam hissi.
Ünsiyyətin
dörd səviyyəsi.
İnformasiya
mübadiləsi ünsiyyətə girən subyektlər arasında müəyyən psixoloji mexanizm
yaradır. Bu mexanizimdən asılı olaraq ünsiyyətin xarakteri onun dörd səviyyəsini
müəyyənləşdirir:
- Ünsiyyətə girənin mövqeyi yalan ideyalara söykənir ,ona görə də o, aradan qaldırılmalı və ləğv edilməlidir. Bu cür mexanizm bəzi hallar nəzərə alınmasa ünsiyyətə girənlər üçün az effektlidir, məqsədəuyğun deyildir.
- Ünsiyyətə girənin ideyası bütün xırdalıqlarına qədər doğrudur, lakin arzu olunan nəticəyə nail olmaq üçün kifayət etmir, odur ki, onu aradan qaldırmaq və ləğv etmək lazımdır. Bu cür mexanizm də az effektlidir və ruhlandırmır.
- Ünsiyyətə girənin mövqeyini ifadə edən ideyalar düzgündür, lakin həll ediləcək məsələ ilə heç bir əlaqəsi yoxdur. Bu mexanizm də nikbin nəticə vəd etmir.
- Ünsiyyətə girənin mövqeyi düzgün və məhsuldar ideyalara əsaslanır, odur ki, dərhal onları öz xüsusi ideyalarınla müqayisə edib təhlil et. Bu daha məqsədəmüvafiq təklifdir, bu mexanizm daha effektiv nəticə verə bilər.
Ünsiyyətin mənəvi prinsipləri.
İşgüzar
münasibətlər müəyyən mənəvi prinsiplərə əsaslanır ki, onların içərisində
aşağıdakılar daha əsaslıdırlar.
Əməli
münasibətlərin əsasında şəxsi maraq və xüsusi ambisiyalar yox, ümumi işin mənafeyi
ifadə olunmalıdır.
Bu mənəvi
prinsip tərəflərin daha çox pozduğu münasibətlərdə özünü büruzə verir. Tərəflərin
burda əsas nəzarətçisi şəxsi vicdanlarıdır. Xüsusi rəsmi cəza tətbiq olunmur.
Alicənablıq,
başqa sözlə, aşağıda sadalanan əxlaqi-mənəvi keyfiyyətlərlə əsaslanan şərəfsiz
hərəkət və əxlaqa zidd təbii uyğunsuzluq:
vicdanın
gərginləşməsi, elə bir vəziyyət ki, hərəkətsizlik, qətiyyətsizlik və susmaq özü
də şərəfsizlik sayılır.
öz təmiz
adını şərəfliliyin ən yüksək dərəcəsi kimi saxlamağa daim cəhd göstərmək və öz
şəxsi ləyaqətini ətrafdakılara özünəhörmət kimi göstərmək.
xidməti
və ya ictimai statusundan asılı olmayaraq özünü bütün insanların yanında həmişə
eyni cür təqdim etmək bacarığı (Z.Z. Russo:„Ən ali ləyaqət-şahla da, dilənçi ilə
də eyni cür rəftar etməkdir;
mənəvi
dəyanətlilik-hər şeydən əvvəl onu ifadə edir ki, insan heç bir vəziyyətdə öz
prinsiplərindən dönmür (Martin Lüteri-protestantizmin banisini-çox az şeylərə
nail olduğunu israr edib öz fəaliyyətindən əl çəkməyə təhrik edəndə o,
demişdi:„ Mən bunların naminə ayaq üstə dura bilirəm, yoxsa dayana bilmərəm!!)
qətilik,
dəqiqlik, məsuliyyət, sözünə sədaqətlilik.
Xeyirxahlıq,
başqa sözlə, insanlara təbii olaraq yaxşılıq etmək tələbatı.
Xeyirxahlıq
prinsipi nəinki etməli olduğu vəzifəni yerinə yetirməyə (aldığı əmək haqqına
görə),daha yüksək mənəvi üstünlüyə-insanların mənafeyi naminə, hansı ki, o, əmək
haqqı almadan, bəşəri etiraf və ruhən həzz almaq üçün can atır.Üzürxahlıq,
başqa sözlə, tərəfdaşın ləyaqətini, hörmət - mənəvi tərbiyənin o xüsusiyyətini
ifadə edir:
vicdanlılıq,
nəzakətlilik, səriştəlilik, qayğıkeşlik və s. Bu prinsip də əməli məqsədyönlülüyə
xidmət edir.
Etiket
- ciddi davranış qaydasıdır, cəmiyyətdə vicdanlı davranış məcəlləsidir. Xidməti
etiketdə tərz, xarici görünüş, nitq, jest, mimika, poza, səsin tonu və s. əhəmiyyət
daşıyır. Ünsiyyət baş verərkən müqavilə bağlayan tərəflərin statusu, şəraitin
konkret xüsusiyyəti əsas amil sayılır.
ƏDƏBİYYAT
Professionalnaya
etika sotrudnikov pravooxranitelnix orqanov. Moskva, 2001.;
E.A.Krasnikova.”Etika
i psixologiya professionalnoy deyatelnosti” Moskva,Forum-İnfra-M-2003;
Etiket
i fakt sotrudnikov militsii.Moskva-1977;
Etika.Minsk.000.”Novoye
knaniye” 2004.