суббота, 9 ноября 2013 г.


  Ünsiyyət nədir

Ünsiyyət insan varlığının xüsusi bir halıdır. Digər insanlarla qarşılıqlı əlaqələr və münasibətlər fonunda özünü göstərir. Ünsiyyət prosesində insanlar informasiya mübadiləsi edirlər - fikirləri, ideya və emosiyaları ilə münasibət yaradırlar. Nəticədə insanlar arasında qarşılıqlı əlaqələrin və qarşılıqlı münasibətlərin müəyyən işlək forması yaranmış olur .İşgüzar ünsiyyətin etikası – bu mənəvi – etik tələb, norma, prinsip və qaydaların elm, praktika və dünya təcrübəsi əsasında əldə etmiş nailiyyətlərinin ümumi məcmusudur. Bu qaydalara əməl etmək işgüzar münasibətlərin subyektləri arasında qarşılıqlı anlaşma və inam təcəssüm etdirir. Nəticədə ünsiyyətə girən subyektlərin əlaqəsini və birgə fəaliyyətinin keyfiyyətini yüksəldir. 

İşgüzar münasibətlərin mərkəzində vacib xidməti məsələlərin həlli dayanır. 

Axtarışlar sübut edir ki insanların çoxunun iş fəaliyyətinin 70-85 % - ini ünsiyyət prosesi təşkil edir. İnsanlar öz işgüzar fəaliyyətinin çox hissəsini digər insanlarla əlaqədə keçirirlər. Məşhur bankir Rokfeller bu münasibəti daha obrazlı ifadə etmişdir: ”İnsanlarla ünsiyyətdə olmaq bacarığı da bir növ əmtəədir, mən bu cür bacarığa dünyada hər şeydən çox qiymət verirəm!! Burdan birbaşa belə bir nəticə çıxır : İnsanlarla ünsiyyətə girmək bacarığı elə mühüm bir peşə keyfiyyətidir ki, insan onu öyrənməyə və ömrü boyu təkmilləşdirməyə borcludur. Bu cəhət daha çox rəhbər işçilər üçün vacibdir. Rəhbər işçinin ünsiyyətə girmək qabiliyyətindən aşağıdakı amillər asılıdır:

rəhbər işçilərin məlumatlılıq dərəcəsi;
xidməti məsələləri həll edərkən onun tabeliyində olan işçilərə münasibətlərinin effekti;
onun tabeliyində olan işçilər arasında tərbiyəvi nümunəsi;
başçılıq etdiyi kollektivin mənəvi –psixoloji durumu;
rəhbər işçisi kimi özünə mənəvi inamı;
eyni zamanda tabeliyində olan işçilərə aşıladığı inam hissi.

Ünsiyyətin dörd səviyyəsi.

İnformasiya mübadiləsi ünsiyyətə girən subyektlər arasında müəyyən psixoloji mexanizm yaradır. Bu mexanizimdən asılı olaraq ünsiyyətin xarakteri onun dörd səviyyəsini müəyyənləşdirir:
  • Ünsiyyətə girənin mövqeyi yalan ideyalara söykənir ,ona görə də o, aradan qaldırılmalı və ləğv edilməlidir. Bu cür mexanizm bəzi hallar nəzərə alınmasa ünsiyyətə girənlər üçün az effektlidir, məqsədəuyğun deyildir.
  • Ünsiyyətə girənin ideyası bütün xırdalıqlarına qədər doğrudur, lakin arzu olunan nəticəyə nail olmaq üçün kifayət etmir, odur ki, onu aradan qaldırmaq və ləğv etmək lazımdır. Bu cür mexanizm də az effektlidir və ruhlandırmır.
  • Ünsiyyətə girənin mövqeyini ifadə edən ideyalar düzgündür, lakin həll ediləcək məsələ ilə heç bir əlaqəsi yoxdur. Bu mexanizm də nikbin nəticə vəd etmir.
  • Ünsiyyətə girənin mövqeyi düzgün və məhsuldar ideyalara əsaslanır, odur ki, dərhal onları öz xüsusi ideyalarınla müqayisə edib təhlil et. Bu daha məqsədəmüvafiq təklifdir, bu mexanizm daha effektiv nəticə verə bilər.
      Ünsiyyətin mənəvi prinsipləri.

İşgüzar münasibətlər müəyyən mənəvi prinsiplərə əsaslanır ki, onların içərisində aşağıdakılar daha əsaslıdırlar.
Əməli münasibətlərin əsasında şəxsi maraq və xüsusi ambisiyalar yox, ümumi işin mənafeyi ifadə olunmalıdır.

Bu mənəvi prinsip tərəflərin daha çox pozduğu münasibətlərdə özünü büruzə verir. Tərəflərin burda əsas nəzarətçisi şəxsi vicdanlarıdır. Xüsusi rəsmi cəza tətbiq olunmur.

Alicənablıq, başqa sözlə, aşağıda sadalanan əxlaqi-mənəvi keyfiyyətlərlə əsaslanan şərəfsiz hərəkət və əxlaqa zidd təbii uyğunsuzluq:
vicdanın gərginləşməsi, elə bir vəziyyət ki, hərəkətsizlik, qətiyyətsizlik və susmaq özü də şərəfsizlik sayılır.
öz təmiz adını şərəfliliyin ən yüksək dərəcəsi kimi saxlamağa daim cəhd göstərmək və öz şəxsi ləyaqətini ətrafdakılara özünəhörmət kimi göstərmək.
xidməti və ya ictimai statusundan asılı olmayaraq özünü bütün insanların yanında həmişə eyni cür təqdim etmək bacarığı (Z.Z. Russo:„Ən ali ləyaqət-şahla da, dilənçi ilə də eyni cür rəftar etməkdir;
mənəvi dəyanətlilik-hər şeydən əvvəl onu ifadə edir ki, insan heç bir vəziyyətdə öz prinsiplərindən dönmür (Martin Lüteri-protestantizmin banisini-çox az şeylərə nail olduğunu israr edib öz fəaliyyətindən əl çəkməyə təhrik edəndə o, demişdi:„ Mən bunların naminə ayaq üstə dura bilirəm, yoxsa dayana bilmərəm!!)
qətilik, dəqiqlik, məsuliyyət, sözünə sədaqətlilik.
Xeyirxahlıq, başqa sözlə, insanlara təbii olaraq yaxşılıq etmək tələbatı.

Xeyirxahlıq prinsipi nəinki etməli olduğu vəzifəni yerinə yetirməyə (aldığı əmək haqqına görə),daha yüksək mənəvi üstünlüyə-insanların mənafeyi naminə, hansı ki, o, əmək haqqı almadan, bəşəri etiraf və ruhən həzz almaq üçün can atır.Üzürxahlıq, başqa sözlə, tərəfdaşın ləyaqətini, hörmət - mənəvi tərbiyənin o xüsusiyyətini ifadə edir:
vicdanlılıq, nəzakətlilik, səriştəlilik, qayğıkeşlik və s. Bu prinsip də əməli məqsədyönlülüyə xidmət edir.

Etiket - ciddi davranış qaydasıdır, cəmiyyətdə vicdanlı davranış məcəlləsidir. Xidməti etiketdə tərz, xarici görünüş, nitq, jest, mimika, poza, səsin tonu və s. əhəmiyyət daşıyır. Ünsiyyət baş verərkən müqavilə bağlayan tərəflərin statusu, şəraitin konkret xüsusiyyəti əsas amil sayılır.

ƏDƏBİYYAT
Professionalnaya etika sotrudnikov pravooxranitelnix orqanov. Moskva, 2001.;
E.A.Krasnikova.”Etika i psixologiya professionalnoy deyatelnosti” Moskva,Forum-İnfra-M-2003;
Etiket i fakt sotrudnikov militsii.Moskva-1977;
Etika.Minsk.000.”Novoye knaniye” 2004.